FOTOErmənistan vətəndaşının qaytarılması ilə bağlı danışıqlar aparılır

FOTOErmənistan vətəndaşının qaytarılması ilə bağlı danışıqlar aparılır

Ermənistan tərəfi Azərbaycan ərazisinə keçmiş 62 yaşlı Henrik Agekyanın qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin(BQXK) vasitəçiliyi ilə danışıqlar aparır.

SİA-nın məlumatına görə, bunu tert.am-a Əsir, girov və itkin düşmüş şəxslərlə əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Armen Kaprielian deyib.

O, danışıqların aparıldığını və əlavə məlumat verə bilməyəcəyini bildirib:

"Hazırda Henrik Agekyanın qaytarılması ilə bağlı heç bir məlumat yoxdu. Lakin onun tezliklə qaytarılması üçün lazım olan adımlar atılır. Danışıqlar BQXK-nın vasitəçiliyi ilə aparılır".

Qeyd edək ki, Agekyanın ruhi xəstə olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə