Prezidentlər sabah Soçidə görüşəcək

Prezidentlər sabah Soçidə görüşəcək

Sabah Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında Soçidə görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Qazaxıstan Prezident Administrasiyasının sabahkı görüşə dair açıqlaması Kreml tərəfindən də təsdiqlənib.

Kreml liderlərin ikitərəfli ticarət, iqtisadi, mədəni, humanitar əlaqələri, eləcə də Avrasiya bölgəsində əməkdaşlığın təşviqi ilə bölgəni maraqlandıran əsas mövzuları müzakirə edəcəkləri barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə