Erməni KİV-i Putini "yalançı" adlandırdı

Günahkar Sarkisyandır
Erməni KİV-i Putini "yalançı" adlandırdı

"Sarkisyan və Putinin avqust görüşünə nəzər saldıqda ilk növbədə diqqəti cəlb edən amil Rusiya Federasiyasının prezidenti Putinin Ermənistanda ümumdaxili məhsulun (ÜDM) 10 % artması ilə bağlı yalanı oldu". SİA xəbər verir ki, bu barədə ermənilərin 1in.am saytında analitik Musa Mikaelyanın şərhində qeyd olunub. Yazıda xatırladılır ki, Putin bunu Ermənistanın Avrasiya ittifaqına daxil olmasından sonra əldə etdiyini vurğulayıb.

Müəllif bildirir ki, Putinin Ermənistanla zarafat etməsi, yaxud da bəzilərinin Putinlə uğursuz zarafat etməsini demək çətindir, amma fakt budur ki, o yüksək səviyyəli Ermənistan-Rusiya görüşündə elementar yalanla çıxış edə bilər: "Bu isə əlbəttə ki, Ermənistan-Rusiya münasibətlərində simvolik haldır. Belə ki, bu cür sözügedən əlaqələr real göstəricilərdə yoxdur. Putin bütün tərəflərdən Ermənistan-Rusiya reallığında olub".

Qeyd edək ki, Rusiya prezidentinin Ermənistanda ÜDM-in 10% artması və bu artımın əsas səbəbinin ermənilərin Avrasiya ittifaqında olması ilə əlaqələndirməsi müxalifət tərəfindən ələsalma və qeyri-ciddilik kimi qəbul olunur. Bütün bunlarda isə əsas günahkar kimi Serj Sarkisyan göstərilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə