Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün keçirilməsi dünyanın diqqət mərkəzində qalmaqdadır. SİA-ya açıqlama verən müsahiblərimiz də zirvə görüşünün keçirilməsinin regionda yeni əməkdaşlığa yol açdığını bildiriblər.
Millət vəkili Fəzail İbrahimli:
- Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşünü yüksək qiymətləndirmək olar. İndiki vaxda, dünyandan silah qoxusu gəldiyi, hədə-qorxu dilində danışıldığı və Yaxın Şərqdəki, Avropa dövlətlərindəki vəziyyət, o cümlədən Türkiyədəki dövlət çevrilişinə cəhd və Rusiya Amerka qarşıdurması və sair kimi məsələlərin baş verdiyi bir məqamda qonşu dövlətlərin münasibətlərinin yaxşı olması region üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan üçün Şimaldan və Cənubdan olan qonşularımızın taleyi ilə bağlı məsələlərdə həmişə önəmli yer tutub. İstər mənfi, istərsədə müsbət mənada. Ona görə də, Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli Zirvə görüşünün keçirilməsi Azərbaycanın bir daha çox balanslaşdırılmış bir siyasət yeritdiyinin ifadəsidir. Dövlətimizin xarici siyasətinin ən uğurlu addımlarından biridir. Azərbaycanda sülhün, əmiramanlığın bərpa olunmasına deyil, bütün regionda sülhün əmiramanlığın bərpa olunmasına rəvac verə biləcək bir addımdır. Bu baxımdan da, bu addım çox yüksək qiymətləndirilir. Bir sözlə, dünyanın diqqətini özünə cəlb edən bir addımdır. Uzun illərdən aparılan xarici siyasətin ən uğurlu nəticələrindən biridir.
Politoloq Elçin Mirzəbəyli:
- Bakıda keçirilən üçtərəfli Zirvə görüşünün keçirilməsi və bu toplantı zamanı əldə olunan nəticələr prinsip etibarı ilə regioda yeni əməkdaşlığa yol açır, iqtisadi əməkdaşlıqın prespektiv sərhədlərini daha da genişləndirir, sülhə və əmiramanlığa öz tövfəsini vermək üçün imkanlar yaradıb. Bu baxımdan, Zirvə toplantısının dünyanın diqqət mərkəzində olması və eyni zamanda, müzakirə olunan məsələlərin Ermənistan tərəfinin xüsusi narahatçılıqla izləməsidə Zirvə görüşünün nə qədər böyük olduğunu nümayiş etdirir. Diqqət yetirsəniz görərsiniz ki, bir necə istiqamətdə razılaşmalar əldə olunub. İlk növbədə ayrı-ayrı sahələr üzrə işçi qrupları yaradılıb ki, bu da əməkdaşlığın davamlı olacaqı anlamına gəlir və bütün sahələri əhatə edəcəyini ortya qoyub. Digər isə amil isə yeni nəqliyyat dəhlizləri ilə bağlı olan məsələdir. Şimal- Cənub nəqliyyat dəhlizi hər üç dövlətin həyatında çox önəmli bir hadisədir. Bu həm İran, həm Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycanın bir sabit ölkə kimi əhəmiyyətini daha da artırır. Üç dövlətin Xəzərdə bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı əldə etdiyi razılaşma isə Xəzərin hüquqi statusu ilə bağlı konversiyada ciddi irəliləyişlərə zəmin yaradacaq. Bu baxımdan, bütün istiqamətlərdə, o cümlədən regionda sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində bu keçirilən Zirvə görüşünün əhəmiyyəti böyükdür.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB