Ərdoğan ABŞ-a: “Ya Türkiyə, ya FETÖ” SEÇİM TƏLƏBİ

Ərdoğan ABŞ-a: “Ya Türkiyə, ya FETÖ” SEÇİM TƏLƏBİ

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, gec-tez ABŞ ya Ankara, ya da Fətullah Gülənin FETÖ təşkilatı arasında seçim etməlidir. SİA xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

"ABŞ gec-tez seçim etməlidir, ya Türkiyə, ya FETÖ. Ya terror təşkilatı FETÖ tərəfindən planlaşdırılmış dövlət çevrilişi, ya da demokratik Türkiyə. Onlar bu barədə seçim etməlidirlər", - deyə agentlik Ərdoğanın Ankaradakı tərəfdaşları arasında eydiyi çıxışındakı fikirlərinə yer verib.

Xatırladaq ki, Ankaranın ABŞ tərəfindən tələb olunan əsaslı arqumentləri Vaşinqtona göndərməsinə baxmayaraq, FETÖ liderini Türkiyəyə ekstradisiya etmək istəmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə