Kanadada terrorun qarşısı alındı

Kanadada terrorun qarşısı alındı

Kanada polisi ötən gecə böyük terror hadisənini qarşısını almağa müvəffəq olub. SİA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat verib. Məlumata görə, terror aksiyasını "İslam Dövləti" terror təşkilatının üzvü tərəfindən törədilməliymiş. Lakin o zamanında şübhəli şəxs qismində tutulub.

Belə ki, o daha böyük itkinin yaşanması üçün insanların kütləvi toplaşdığı yerdə özünü partlatmaqla intihar etməyi planlaşdırıb. Ehtimal olunan terrorçu Ontario əyalətinin Stretroy şəhərində həbs olunub. Bu şəhər Kanadanın ən böyük meqapolislərindən sayılan Torontodan 225 km aralıda yerləşir.

Bildirilir ki, həbs olunan şəxsin terror hadisəsi törədəcəyi barədə məlumat aldıqdan sonra Kanada polisi hərəkətə keçib. Hücum avqustun 10-da reallaşdırılmalıymış. Terror hadisəsinin şəhərin hansı hissəsində reallaşdırılacağı isə məlum deyildi. Eyni zamanda qeyd edilir ki, hələlik əməliyyatın dəqiq təfərrüatları barədə informasiya verilmir. CTV qeyd edir ki, terror hadisəsini ingilis dilində aksentsiz və təmiz danışan 20 yaşlı ağdərili kişi törətməliymiş.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə