Sabiq MKİ rəsmisi: “Rusiyalıları və iranlıları öldürmək lazımdır” İDDİA

Sabiq MKİ rəsmisi: “Rusiyalıları və iranlıları öldürmək lazımdır” İDDİA

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbərinin sabiq müavini Maykl Morell Rusiya və İrana qarşı real tədbirlər görmək çağırışı edib. SİA-nın məlumatına görə, СВS telekanalına müsahibə verən Morell aşkar şəkildə deyib ki, Suriya prosesləri çərçivəsində Rusiya və İrana qarşı mübarizə aparmaqla yanaşı, bu ölkələrin Suriyaya göndərilmiş vətəndaşlarını gizli şəkildə öldürmək lazmdır.

MKİ-nin sabiq rəsmisi jurnalistin ona "rusiyalı və iranlıları öldürmək lazımdırmı" sualını cavablandırarkən bu qənaətdə olduğunu bildirib.

Morell onu da etiraf edib ki, Vaşinqton Suriya üsyançılarını daha fəal şəkildə dəstəkləməlidir. Onun fikrincə məhz bu vasitə ilə Dəməşqə, Moskvaya cə Tehrana qarşı təzyiqləri artırmaq mümkündür ki, diplomatik həll yollarına nail olunsun. Qeyd edək ki, Morell ABŞ prezidentliyinə namizəd Hillari Klintonu dəstəkləyib və qadın namizəd qələbə qazanarsa, MKİ-nin yüksək postlarından birini ona həvalə edə bilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə