Gürcülər erməniləri necə xilas edir? İMTİYAZLAR

“Joxovurd”: “Nazirlik səviyyəsində gizli görüşlər keçirilir”
Gürcülər erməniləri necə xilas edir? İMTİYAZLAR

"Ermənistandan Gürcüstana ixracat məhsulları istehsal edən erməni sahibkarlar ilginc təkliflər almaqdadırlar". Bu barədə erməni nəşri "Joxovurd" yazır. Qəzetin yazdığına görə, sahibkarları ictimai nəzərlərdən kənar – sənaye naziri, yaxud da nazir müavini səviyyəsində görüşlərə dəvət edirlər: "Onlara öz bizneslərini Gürcüstana transfer etmək təklifi olunur və əgər sahibkarlar həmin təkliflərlə razılaşarlarsa, sahibkarlara ixrac məhsullarının Avropa İttifaqı ölkələrinə təhlükəsiz çıxışı, o cümlədən, əlavə imtiyazlar veriləcək. Həmçinin, ilkin mərhələdə ermənilərə vergi imtiyazları da verilir".

Qəzet sonda qeyd edir ki, artıq Ermənistanın nüfuzlu sahibkarları, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurlar Gürcüstanda müəssisələr açıb-işlədirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə