Prezidentlərin Bakı sammiti olduqca məhsuldar keçdi Rusiyalı ekspert
Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı sammiti olduqca məhsuldar keçdi. SİA-nın məlumatına görə, bunu rusiyalı ekspert Stanislav Pritçin üçtərəfli görüşü şərh edərkən bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüşün əsas müsbət nəticələrindən biri Rusiya və İran prezidentlərinin regionda qarşılıqlı fayda kəsb edən layihələrin reallaşdırılmasına mane olan qaynar nöqtələrdən danışarkən Dağlıq Qarabağ münaqişəsini də qeyd etmələridir: "Hər iki ölkə bu münaqişənin nizamlanmasına kömək etməyə hazır olduqlarını vurğuladılar. Nəzərə alsaq ki, Ermənistanın Rusiya kimi İranla da konstruktiv əlaqələri var, ehtimal etmək olar ki, bu gün Dağlıq Qarabağ münaqişəsi bütün əsas regional oyunçuların diqqət mərkəzindədir".
Onun sözlərinə görə, gündəlikdə "Şimal-Cənub" kimi infrastruktur layihəsinin olması Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan qədər Rusiya və İranın da marağında olduğunu göstərir: "Bu layihənin reallaşdırılması üçün investisiya və stabillik lazımdır. Hazırda layihənin həyata keçirilməsində ciddi maneələr yoxdur".
S.Pritçin layihənin birmənalı olaraq reallaşacağı qənaətindədir, ancaq onun nə dərəcədə uğurlu və rəqabətli olacağını indidən demək olmaz: "Qlobal oyunçular Hind okeanını Xəzər dənizi, Rusiya və Avropa İttifaqı ilə birləşdirəcək bu "Şimal-Cənub" layihəsində maraqlıdırlar".
Ekspertə görə, Rusiya, Azərbaycan və İran öz maraqlarını birgə qorumalıdırlar. Əgər bu üç dövlət bir-birilə rəqabət aparsa, o zaman Moskva, Bakı və Tehran maliyyə itkilərinə məruz qalacaqlar. Ortaq yanaşmaları olarsa, hər üç tərəf bundan uduş əldə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB