“Euronews” Bakı sammiti haqqında Video

“Euronews” Bakı sammiti haqqında Video

"Euronews" telekanalı Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli görüşü barədə reportaj yayıb. SİA-nın məlumatına görə, reportajda prezidentlərin görüşləri və müzakirə etdikləri məsələlərə toxunulub.

Qeyd edilib ki, hər üç qonşu ölkə son vaxtlar oxşar problemlərlə qarşılaşıblar. Bunlar neftin qiymətinin düşməsi ilə yaranan iqtisadi problemlər, həmçinin artan terror təhlükəsidir.

Reportajda, həmçinin tərəflərin Suriya məsələsini də müzakirə etdikləri, bu il Moskvanın Tehranı C-300 raket kompleksi ilə təchiz etdiyi, Bakıda yeni hərbi müqavilələrin müzakirə olunduğu vurğulanıb: "Putin sammitdə həmçinin Bakı və Tehrana terror təşkilatlarının fəaliyyəti haqqında daha sıx kəşfiyyat informasiya mübadiləsi aparmağı təklif edib. Bakı sammitinin əsas mövzularından biri də Türkiyədəki vəziyyətin müzakirəsi olub. Tərəflər problemin həllində Türkiyəyə öz köməklərini təklif ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə