"Dövlətə sahib olmaq üçün nəninki xarici, eləcə də daxili düşmənə qarşı mübarizə aparmaq lazımdır. Bu hökumətə qarşı şəbəkə xarakterli mübarizəyə başlamaq gərəkdir". SİA xəbər verir ki, sözügedən fikirləri Ermənistanın birinci kanalına bir neçə gün öncə tanımadığı şəxslər tərəfindən döyülməyə məruz qalmış müxaifətçi siyasi fəal Arutyun Axlamazyan deyib.
Onun fikrincə gənc nəsil birləşməli vəə etiraz aksiyaları keçirməlidir. "İmkan vermək olmaz ki, bu hökumət erməni xalqına görə qan tökmüş insanlara qarşı bu cür qəddar davransın"-deyə Axlamazyan bildirib.
Siyasi fəalın sözlərinə görə, Sarkisyan hökuməti daxili düşməndir və bu düşmən xalqı zəiflətməyə, məhv etməyə çalışır: "Biz əlimizdən gələni etməliyik və etməliyik ki, bimiz qəhrəmanlar ("Sasna-Srer"dəki silahlı qrup üzvləri-red.) azadlığa çıxsınlar"
"Bu hərəkat sönməməlidir, ondan bizim gələcəyimiz asılıdır"-deyə Axlamazyan sonda bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB