26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" təşəbbüs qrupunun İsmayıllı rayon şöbəsi imzatoplama kompaniyasını uğurla həyata keçirib. YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova SİA-ya bildirib ki, Seçki Məcəlləsinin tələblərinə tam riayət olunaraq seçkilərin tam ədalətli, şəffaf şəkildə keçirilməsi istiqamətində əməli işlər görülməkdədir. Bu məqsədlə imzatoplamada iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilərək, onlarla treninqlər keçirilib, imzatoplama qaydaları haqqında ətaflı məlumat, tövsiyyə və təlimatlar verilib.
Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan İsmayıllı rayon təşkilatı Seçki Məcəlləsinin bütün tələblərini əldə rəhbər tutaraq qarşıdan gələn referenduma ciddi hazırlaşır. Belə ki, Seçki Qərargahının rayon şöbəsində imzatoplama kompaniyası üçün ayrılmış 12 nəfər fəaldan ibarət qrup formalaşdırılıb. Seçki qanunvericiliyinə əsasən YAP tərəfindən 86 saylı İsmayıllı və 87 saylı Ağsu – İsmayıllı DSK-ları üzrə imza vərəqələri müvafiq seçki proseduralarına əməl olunması üçün imza toplayan şəxslərə paylanılıb. Vətəndaşlar imza toplamada aktiv iştirak ediblər. İmza vərəqələri doldurularkən Seçki Məcəlləsinin tələblərinə tam əməl olunub.
İnamla demək olar ki, bu ilin sentyabr ayının 26-da keçiriləcək Referendum əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi ədalətli, şəffaf və seçki qanunvericiliyinin tələblərinə uyğun keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB