Mütəllim Rəhimli: “Əli Kərimli siyasi prinsipləri pozub” MÜNASİBƏT

Mütəllim Rəhimli: “Əli Kərimli siyasi prinsipləri pozub” MÜNASİBƏT

"Fətullah Gülən müstəqil şəxs deyil və onun arxasında ABŞ-ın xüsusi kəşviyyat orqanları dayanıb". Bu fikirləri SİA-ya Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Fətullah Gülənin AXCP sədri Əli Kərimli ilə münasibətlərinin olması barədə irəli sürülən iddialara münasibətini bildirərkən deyib. Partiya rəsmisinin sözlərinə görə, bu isə o deməkdir ki, ABŞ digər ölkələrə qarşı F.Güləndən istifadə etməyə çalışır: "Əlbəttə ki, bu eyni zamanda xoşagələn hal deyil. Bəzi media orqanlarında Ə.Kərimlinin F.Gülənlə əlaqələrinin olması barədə məlumatlar dərc olunur. Bu əlaqələrin nədən ibarət olması tam şəkildə məlumdur. F.Gülənin əsas fəaliyyəti dinc demokratik inkişafın dayandırılmasına yönəlib. Bu baxımdan, onunla əməkdaşlıq etmək o qədər də yaxşı təsir bağışlamır. Ə.Kərimli F.Gülənlə əməkdaşlıq etməklə siyasi prinsipləri və qanunvericiliyi pozub. Ona görə, Ə.Kərimli haqlı olaraq ittiham edilir, qınaq obyektinə çevrilir".

Ədalət Partiyasının təmsilçisi eyni zamanda dövlət çevrilişinə cəhd zamanı fətullahçı qruplaşmann nəzarətində olan televiziya kanallarının, xüsusilə "Azərbaycan saatı"nın efirə getdiyi Barış TV-nin bağlanmasına da münasibət bildirib. O, qeyd edib ki, Ə.Kərimlinin hazırki Türkiyə hakimiyyətinə qarşı ittihamları məhz bu amillə bağlı ola bilər: "Obyektiv media orqanlarının fəaliyyət göstərməsinin tərəfdarıyam. Amma o media orqanları ki, bilərəkdən ağa qara, qaraya ağ deyirlər və yaxud da hakimiyyətə böhtan atırlar onların fəaliyyəti cəmiyyət üçün faydalı sayıla bilməz. "Azərbaycan saatı" verlişi populiyar deyildi. Amma bu verliş haqqında Azərbaycanda siyasi dairələr kifayət qədər geniş məlumata malikidilər. Türkiyə hakimiyyəti tərəfindən bir necə dəfə "Azərbaycanə saatı" verlişinin yayımını ayrı-ayrı televiziyalar dayandırmışdı. Yəni televiziyalar bu verlişi yaymlamaqdan imtina etmişdilər. Amma indi məsələ bundadır ki, son dövrlər bu verlişin yayıldığı televiziya kanalı da bağlandı. Bunun özü də çox şey deyir".

M.Rəhimli son olaraq bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı və getdikcə əlaqələrin yaxınlaşması, o cümlədən Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla sıx münasibətləri bir çoxlarını qane etmir: "Demək olar ki, belə insanlar bu əməkdaşlığın inkişafından narahatdırlar. Ona görə də, məhz bu qüvvələr Türkiyə hakimiyyətinə qarşı birgə fəaliyyət göstərirlər. Bu yaxınlarda da, media qurumlarında informasiya yaılmışdır ki, hətta Rəcəb Tayyib Ərdoğan belə bir bəyanat vermişdi ki "Gülənçilərin Azərbaycanda çevrilişə cəhd imkanları var". Biz bu cür məsələlərdə diqqətli olaraq çalışmalıyıq ki, Azərbaycanda cəmiyyətə ziyan vurmaq istəyən qüvvələr fəal olmasın. Ümumiyyətlə isə hər hansı bir qüvvənin Azərbaycanda xoşagəlməz bir vəziyyət yaratmaq istəməsi qeyri-mümkündür".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə