İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə avqustun 8-də nəzərdə tutulmuş görüşdə iştirak etmək üçün sabah Bakıya gəlir.
SİA xəbər verir ki, bu barədə "IRNA" agentliyinə İran Prezident Adminstrasiyasının rəsmisi Pərviz Esmail deyib.
Onun sözlərinə görə, Həsən Ruhani Bakıda ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə üzrə üçtərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
İran Prezidentinin Azərbaycan və Rusiya liderləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Pərvanə Sultanova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB