Əli Orucov: "Müxalifət liderləri bir-birilərindən şübhələnirlər"
"Hazırki məqamda mitinqlərin keçirilməsinə zərurət yoxdur. Bu baxımdan AMİP "Milli Şura"nın və ya Müsavatın keçirməyi planlaşdırdığı aksiyalarında iştirak etməyəcək". Bunu AMİP funksioneri Əli Orucov SİA-ya açıqlamasında deyib.
Əli Orucovun sözlərinə görə, mitinqlər təşkil olunarsa belə cəmiyyətin onlara dəstək verməyəcəyini bildikləri üçün müxalifət partiyalarına minnətçi düşüblər: "İctimaiyyət müxalifətin hazırkı liderlərinin hər halda kimlərə işlədiklərini çox gözəl bilirlər. Onları gözdən salan, sosial bazadan məhrum edən xalqa deyil, haqsısa qaranlıq qüvvələrlə əməkdaşlıq etmələridir".
Əli Orucov bu gün müxalifət partiyaları arasında əlaqələrin heç də ürəkaçan olmadığını da bildirib: "Baş verən proseslərə diqqət yetirsək, görərsiniz ki, müxalifət liderləri bir-birilərindən şübhələnirlər. Elə bu səbədən də 20 ildir ki, "birləşmək" istəyirlər, amma "aparıcı liderlik" iddiaları "birlik" modelinin baş tutmasına imkan verməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB