Türkiyənin arqumentləri ABŞ-ı qane etmədi GÜLƏN QAYTARILMIR

Türkiyənin arqumentləri ABŞ-ı qane etmədi GÜLƏN QAYTARILMIR

FETÖ-nün ABŞ-da yaşayan lideri Fətullah Gülən barədə Türkiyə tərəfinin ABŞ-a təqdim etdiyi arqumentlər qaneedici hesab olunmayıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti saytı yazır. İnformasiyaya görə, hər iki ölkənin rəsmi şəxsləri dövlət çevrilişində ittiham olunan Gülənin vətəninə qaytarılması ətrafındakı detalları əsas müzakirə mövzusu olub. Ancaq buna baxmayaraq, Türkiyə nümayəndələri Gülənin ekstradisiyasını reallaşdırmaqdan ötrü onun barəsində yetərincə faktları ortaya qoya bilməyiblər. Beləliklə, onun barədə nəticəli qərar verilməmiş qalıb.

ABŞ KİV-ləri isə yazırlar ki, nə qədər Türkiyənin prezidenti və baş naziri 16 iyul hadisələrində ittiham olunan Fətullah Güləni ittiham edəcəklərsə, onların mövcud məsələ ilə bağlı ABŞ qarşısındakı etibarları itəcək. Amerikada ehtiyat edirlər ki, Gülən ölkəsinə qaytarılarsa, ona qarşı saysız-hesabsız ittihamlar olunacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə