Ermənistanın baş prokuroru Gevorq Kostanyanın "sağlamlığı ilə əlaqədar" istefasından sonra ölkə ictimaiyyətində müxtəlif fikirlər səsləndirilməyə başlanıb. SİA "1in.am"a istinadən xəbər verir ki, onun köməkçisi Ayk Alumyan da sabiq baş prokurorun öz vəzifəsində qala bilməməsini onun sağlamlığı ilə əlaqələndirib. Lakin bu amilin nə qədər ciddi faktlara əsaslanmasına gəlincə, Alumyan cavab verməkdə çətinlik çəkib.
Lakin Alumyan Kostanyanın istefasını ölkədə baş verən məlum olaylarla bağlı olmasını da istisna etməyib. "Əgər bu məsələni ədalətlə qiymətləndirmək istəsək deyə bilərik ki, ondan öncə istefaya polis rəisi getməliydi".
Sabiq baş prokurorun köməkçisi bununla belə qeyd edib ki, əgər Kostanyanın həqiqətən də səhvləri varsa, o buna görə gec, ya da tez cavab verəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB