Millət vəkili: “Əli Kərimli öz cılızlığını ört-basdır etmək üçün bu addımları atır” AÇIQLAMA!
"Milli şura"adlı ölü doğulmuş bir qurumun müxtəlif bəhanələrlə yenidən mitinqlər keçirmək cəhdləri bu dəfə də uğursuzluğa düçar olacaq. Çünki bir qrup başıpozuq insanın iştirak etdiyi, özlərinin "mitinq" dedikləri kiçik piketlərdə bircə nəfər də olsun sadə xalqın nümayəndəsi iştirak etmir və etməyəcək. Mən hələ də inana bilmirəm ki, 25 il eyni məğlubiyyəti yaşayasan, ancaq yenə də öz mənfur planlarından əl çəkməyəsən".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.
"Milli şura"nın mitinq keçirəcəyi ilə bağlı Əli Kərimlinin verdiyi bəyanatı şərh edən A.Şahverdiyev qeyd edib ki, AXCP faktiki olaraq siyasi səhnədən silinib: "Buna görə də Əli Kərimli rəhbərlik etdiyi partiyanın cılızlığını ört-basdır etmək üçün 3 il öncə yaranmış bir qurumun arxasında gizlənir. Halbuki "Milli şura" da AXCP-nin ənənəvi sifətləri təmsil olunurlar. Bu insanlar xalqın iradəsinə qarşı çıxmağa çalışırlar, millətimizə hörmətsizlik edirlər. Azərbaycan kimi stabil, sakit, sülh və əmin-amanlığın hökm sürdüyü bir dövlətdə təxribatçı, provokativ addımlar atmağa cəhd etmək qətiyyən yolverilməzdir. Bizim xalq öz səsinə sahib çıxmağı bacarır, dövlətimiz də olduqca qüdrətlidir. Özünü "milli" adlandıran xarici dövlətlərin burdakı casusları da bu reallığı dərk etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB