Safrastyan: “Türküyə Ermənistanla münasibətdə təzyiqlərini davam etdirəcək” RƏY
Ermənistan Milli Elmlər Akademiyasının şərqşünaslıq institunun direktoru Ruben Safrastyannın fikrincə, Türküyə Qarabağ probleminin Azərbaycanın xeyrinə hesablanmış güzəştləri əldə etmək üçün Ermənistanla münasibətdə təzyiqlərini davam etdirəcək. SİA xəbər verir ki, ölkəsində və regionda baş verən proseslər istiqamətində Ermənistanın birinci kanalına müsahibə verən Safrastyan onu da qeyd edib ki, bununla yanaşı, Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsi də davam edəcək.
Lakin buna rəğmən, tənzimlənmənin dərinləşməsinə inanmadığını deyən müsahib bildirib ki, bu ölkələr müxtəlif maraqlara sahibdirlər: "Münasibətlərin dərinləşəcəyini düşnmürəm. Bu ölkələrin Suriya və Cənubi Qafqaz məsələlərində fərqli baxışları var. Ona görə də hesab edirəm ki, Rusiya-Türkiyə münasibətləri çərçivəsində Qarabağ probleminin həllində Ermənistana daha çox təzyiqlərin ediləcəyinə inanmıram".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB