İrəvanda etirazçı yeniyetmə bıçaqlanıb

İrəvanda etirazçı yeniyetmə bıçaqlanıb

İyulun 30-da Ermənistanın paytaxtı İrəvanda keçirilmiş etiraz aksiyası zamanı həddi büluğa çatmamış yeniyetmə qurşağından bıçaqlanıb. SİA xəbər verir ki, bu barədə ölkənin "Faktİnfo" agentliyi məlumat yayıb. Bildirilir ki, bıcaqlandığı ərəfədə yeniyetmə etirazçıların arasında olub. O, dərhal xəstəxanaya qaldırılıb.

İddia olunur ki, yeniyetməni bıçaqlayanlar Sarkisyan rejimi tərəfindən etirazçılar arasında sızdırılmış cinayətkar qrupların üzvləridirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə