"Azərbaycan, İran və Rusiya prezidentlərinin avqustun 8-də Bakıda keçiriləcəyi görüşü daha çox iqtisadi xarakterlidir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, görüşdə Şimal-Cənub Dəmiryolu dəhlizinin tezliklə başa çatdırılması məsələləri müzakirə olunmaqla yanaşı, 3 ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirməklə onu strateji səviyyəyə qaldırmaq məsələləri müzakirə olunacaq: "Bununla da möhkəm iqtisadi birliyin yaradılması nəzərdə tutulub. Bundan başqa gündəmin əsas məsələsi olan Xəzərin statusunun müəyyən edilməsidir ki, İran tərəfi burada sərt mövqe nümayiş etdirir. Baş tutacaq görüşdə tərəflər sərt mövqenin yumşaldılması üçün səy göstərəcək. Məsələnin həlli görüşün ən pik nöqtəsi ola bilər. Çünki Xəzərin statusunun müəyyənləşdirilməsi həm Azərbaycan həm də Rusiya üçün əhəmiyyətlidir".
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə də yer ayrılacağını deyən Q.Hüseynli söyləyib ki, problemin həlli ilə ATƏT məşğul olduğu üçün İranı vasitəçilik məsələsinə qatmaq istəmirlər: "Ermənistanla müəyyən əlaqələr olan İran bu məsələdə vasitəçi olmaq istəyir. Rusiya da İranı prosesə qatmaq niyyətindədir və onun əsas məqsədi Cənubi Qafqaz bölgəsində özünün hegemonluğunu möhkəmləndirməkdən ibarətdir. Yaxın Şərq məsələlərində İranla əməkdaşlıq edən Rusiya, Cənubi Qafqazla bağlı məsələlərdə də onunla əməkdaşlıq edib, özünün bir sıra strateji maraqlarını təmin etmək istəyir. Ümumilikdə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəsə gözləməmək mümkün deyil. Çünki İranı bu məsələlərdə yaxına buraxmırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB