Millət vəkili: "Dəyişikliklər effektiv və çevik iqtisadi münasibətlər yaradacaq" AÇIQLAMA
"Azərbaycanda konstitusiyanın qəbulundan 21 il vaxt ötüb. Son 20 ildə həm Azərbaycanda, həm də dünyada böyük dəyişikliklər baş verib. Dövlət və cəmiyyət qarşısında yeni çağırışlar meydana gəlib. 1995-ci ilin Azərbaycanı ilə 2016-cı ilin Azərbaycanı arasında xeyli fərq var". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
O qeyd edib ki, konstitusiyaya təklif olunan dəyişikliklərin əsas məqsədi həm indi, həm də gələcəkdə ölkənin rastlaşacağı çağırışlara uyğunlaşmaq imkanına sahib olmaqdır: "Bu dəyişikliklər daha möhkəm və sabit siyasi idarəetmə sistemi, effektiv və çevik iqtisadi münasibətlər, sosial və hüquqi qayğı mühiti yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB