Sarkisyan Qsparyanı niyə qoruyur? MÜƏMMA

Sarkisyan Qsparyanı niyə qoruyur? MÜƏMMA

"Bizdə olan məlumatlara görə, Ermənistan prezidenti Serj Sarkisyan nəinki ölkə polisinin rəisi Vladimir Qasparyanı istefaya göndərmək fikrində deyil, eləcə də onu müdafiə etmək qərarındadır. PPX-nın (post patrul xidməti) Sasna Srer qruplaşması tərəfindən ələ keçirilməsindən sonra Qsparyanın istefa məsələsi barədə dəfələrlə fikirlər bildirilib". SİA xəbər verir ki, bu barədə "Aykakan Jamanak" yazır.

Erməni nəşri qeyd edir ki, hökumət nümayəndələrinin əksəriyyəti hesab edirlər ki, PPX alayının zəbt olunmasında əsas günahkar məhz polis rəisidir. O, doqqətsizlikdə ittiham olunur. SİTAT: "Son iki həftə ərzində müxtəlif məmurlar Serj Sarisyanın yanında baş verənlərə görə bilavasitə Qasparyanı suçlayırdılar. Lakin o (prezident) mövcud mövzunun ictimailəşməsinə imkan vermirdi. Hakim Respublika partiyasının idarə heyətinin sonuncu iclasında təşkilatın yaradıcılarından bir nəfər bütün günahları Vladimir Qasparyanın üzərinə yıxmağa çalışarkən, Serj Sarkisyan qəti şəkildə mövzunu qapadıb".

"Hələlik Sarkisyanın Qsparyanı işdən azad etmək istəməməsi, yaxuda da bu mövzu ilə bağlı danışmağa marağının olmaması barədə fikir bildirmək çətindir"-deyə "Aykakan Jamanak" yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə