Türkiyənin Baş naziri partiyaların rəhbərləri ilə görüşüb

Türkiyənin Baş naziri partiyaların rəhbərləri ilə görüşüb

Türkiyənin Baş naziri Binəli Yıldırım avqustun 1-də ölkənin əsas siyasi partiyalarının – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşlər keçirib.

Anadolu Agentliyi xəbər verir ki, görüşlərdə dövlət çevrilişinə cəhddən sonra ölkədəki vəziyyət, fövqəladə vəziyyətin elan olunmasından sonra qəbul edilən fərman və sərəncamlar, Konstitusiyaya ilkin dəyişiklik, iyulun 15-dən sonra ölkədə siyasi mühitin normallaşması prosesi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə