Politoloq: “Ordumuz torpaqlarımızı düşməndən azad etməyə hazırdır” AÇIQLAMA
"Qafqaz-2016" Forumu və buna qədər müxtəlif görüşlərdə Rusiya və Ermənistan analitikləri, ictimai-siyasi xadimləri ilə təmasların nəticəsində belə bir nəticəyə gəlirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll variantı yoxdur". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, tərəflərin münaqişəyə baxışı diametral dərəcədə fərqlidir: "Arzumuz odur ki, müharibə yolu ilə torpaqlarımı geri alıb Serj Sarkisyan başda olmaqla Bako Saakyan, Sarkisyan kimi şəxsləri Azərbaycan tribunalına cəlb edək. Çünki bu kimi şəxslər cani, əlləri insan qanına batmış terrorçulardır. Onlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bu gün güclü Azərbaycan ordusu var. İstənilən an ordumuz torpaqlarımızı düşməndən azad etməyə hazırdır.
Bako Saakyanların, Sarkisyanların yeganə dayaqları Rusiyadır. Hər halda Azərbaycan ordusunun güclü olması Bako Saakyanları qorxudur. Biz heç kimin torpağına göz tikməmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB