Gəncə
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.
Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev hələ bu ilin əvvəlində 2016-cı ilin ölkəmizdə dərin islahatlar ili olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvü İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə və başqaları Konstitusiyaya təklif olunan dəyişiklər barədə öz fikirlərini bölüşüb, xalqımızın bu dəyişiklikləri dəstəkləyəcəyklərinə əminliklərini ifadə ediblər.
Sonda YAP Gəncə şəhər təşkilatında 79 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və 7 nəfər "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Şəmkir
27 iyul 2016-cı il tarixdə YAP Şəmkir rayon təşkilatı Aparatının inzibati binasında Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar olaraq yığıncağ keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasın gündəliyi barədə məlumat verən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin müvafiq sərəncamı barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verərək, bu sərəncamın ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.
Bildirib ki, ölkəmiz inkişaf etdikcə, təhlükəsizlik sistemi gücləndikcə, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca, əlaqədə olduğumuz ölkələrlə münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin olunması zəruriyyəti yaranır. Müstəqil Respublikamızın Konstitusiyası 1995-ci ildə qəbul olunmuş və ötən 20 il ərzində Konstitusiyamıza bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. Bütün dövlətlərdə zərurət yarandıqca bu cür addımlar atılır. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkminləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb.
F.Vəliyev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirdi ki, "Yeni Azərbaycan" təşəbbüs qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etmək başlıca məqsədimiz olacaqdır.
Yığıncaqda çıxış edənlər bildiriblər ki, bu gün xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənib, müdafiə edir. Əminik ki, "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksərriyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır.
Çıxışlardan sonra səsvermə ilə 63 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.
Gədəbəy
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və Referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaqda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin müvafiq Sərəncamının ölkəmiz üçün faydası var: "Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün konstitusiyaya müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranır. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur".
Yığıncaqda YAP Gədəbəy rayon təşkilatının sədr müavini Ləzgi Zeynalov, YAP Gədəbəy rayon təşkilatı idarə heyətinin üzvü və rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov və başqaları çıxış edərək konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruri olduğunu bildirdilər. Çıxış edənlər əminliklə yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlərin uğurlu nəticəsini verəcəyini və seçicilərin böyük əksəriyyətinin konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqlarını bildirdilər.
Yığıncaqda 51 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb. Onlardan 5 nəfər yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Quba
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Avidov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasına təklif etdiyi dəyişikliklər zamanın tələbidir və zərurətdən yaranıb:"Konstitusiyaya təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması və s. nəzərdə tutulur. Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdəndir".
Y.Avidov daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupu üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir: "Başlıca məqsədimiz konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir".
Yığıncaqda YAP Quba rayon təşkilatı idarə heyətinin üzvü, millət vəkili Yevda Abramov çıxış edərək, xalqımızın, o cümlədən Quba camaatının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə etdiyini qeyd edib: "Əminik ki, təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticələrini verəcək və seçicilərin böyük əksəriyyəti konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır".
YAP Quba rayon təşkilatının idarə heyətinin üzvü, rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli konstitusiyaya təklif olunan dəyişikliklərin zəruriliyini qeyd edib.
Beləliklə, 61 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və 6 nəfər "Yeni Azərbaycan" Təşəbbüs qrupuna nümayəndə seçilib.
Qazax
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı haqqında məlumat verib. Sentyabrın 26-da ümumxalq səsverməsinin keçiriləcəyini bildirən H.Pənahov irəli sürülən təkliflərin mütərəqqi xarakter daşıdığını önə çəkib.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının idarə heyətinin üzvü Arzu Novruzov, YAP Qazax rayon təşkilatı idarə heyətinin üzvü, YAP Qazax rayon təşkilatı gənclər birliyinin sədri Vüsal İsmayılov irəli sürülən dəyişikliklərin əhəmiyyətindən söz açıblar.
İclasda 51 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfəri "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Xaçmaz
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının qərargahında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib. Tədbiri rayon təşkilatının sədri Nazim Ağayev açaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün faydalı olduğunu bildirib.
Çıxış edənlərdən YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov, rayon təşkilatının şura üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova və başqaları bildiriblər ki, sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq layihə mütərəqqi dəyişiklikləri nəzərdə tutur
Sonda 67 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb və onlardan 6 nəfəri "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Biləsuvar
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncağ keçirilib.
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər zamanın tələbidir və zərurətdən yaranıb
K.Mirzəyev çıxışında onu da qeyd edib ki, 1995-ci ildə Azərbaycanda Konstitusiya qəbul olunduqdan ötən 20 ildən artıq müddətdə zərurət yarandıqca Konstitusiyaya dəyişikliklər edilməsi barədə addımlar atılıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, parlament seçkilərində yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
YAP Biləsuvar rayon təşkilatının və rayon ağsaqqallar şurasının üzvü Akif Kazımov çıxış edərək bildirdi ki, xalqımız Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edir: "Əminik ki, yeni yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaqdır".
Yığıncaqda 52 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb. Onlardan 5 nəfər isə təşəbbüs qrupuna nümayəndə seçilib.
Oğuz
YAP Oğuz rayon təşkilatında Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və Referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib. Yığıncağa sədrlik edən Saleh Məhərrəmov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (Referenduma) çıxarılması barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.
Saleh Məhərrəmov onu da bildirib ki, konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməklə, əhalini məsələ ilə bağlı tam məlumatlandırmalıyıq.
Tədbirdə YAP Oğuz rayon təşkilatının idarə heyətinin üzvü, təşkilatın qadınlar şurasının sədri Mariya Həsrətova, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədr müavini Yusif Naxçıvanlı və digərləri çıxış edərək yaranacaq ,,Yeni Azərbaycan" təşəbbüs qrupunun aparacağı işlərin öz uğurlu nəticəsini verəcəyinə və bunun nəticəsi olaraq seçicilərin böyük əksəriyyətinin konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacağına əminliklərini ifadə ediblər.
Yığıncaqda 53 nəfərdən ibarət təşəbbüs qrupu yaradılıb və onlardan 5 nəfər yaranacaq "Yeni Azərbaycan" təşəbbüs qrupuna nümayəndə seçilib.
Neftçala
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Heydər Əliyev Mərkəzində referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncağ keçirilib.
Yığıncaqda çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklərin zamanın tələbi olduğunu və zərurətdən yarandığını qeyd ediblər. Bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklər insan hüquqlarının genişləndirilməsinə, vətəndaş cəmiyyətinin modernləşməsinə yönəlib. Bu dəyişikliklər Azərbaycan gəncliyinə daha geniş imkanlar yaradacaq və onların inkişafı üçün böyük stimul olacaq.
Yığıncaqda 56 nəfərdən ibarət ilkin təşəbbüs qrupu yaradılıb. Onlardan 5 nəfər isə təşəbbüs qrupuna nümayəndə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB