"Azərbaycan xalqı seçkidə öz fikrini söyləyəcək" AÇIQLAMA

"Azərbaycan xalqı seçkidə öz fikrini söyləyəcək" AÇIQLAMA

"Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Azərbaycanda Konstitusiya quruluşunun, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə, demokratiyanın inkişafın xidmət edir. Bu baxımdan sözügedən təşəbbüsün Konstitusiya Məhkəməsi tərəfindən müsbət qarşılanacağı gözlənilən idi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə ümumxalq səsverməsi – referendumun sentyabrın 26-da keçiriləcəyini xatırladan F. Ağamalı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir, konstitusiya dəyişikliyi onun müstəsna səlahiyyətinə aiddir.

"Son söz sahibi Azərbaycan xalqıdır. Mən əminəm ki, Azərbaycan xalqı layihənin mühüm məqamlarını nəzərə alaraq seçkidə fəal iştirak edib, özünün fikrini söyləyəcək"- deyə, millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə