Yavər Camalov iki əməkdaşın dəfn mərasiminə qatılıb

Yavər Camalov iki əməkdaşın dəfn mərasiminə qatılıb

Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan "Araz" zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət etdi və səhhətləri ilə maraqlanıb. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya verilən məlumata görə, nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.

Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə