Vüqar Rəhimzadə: "Azərbaycanda mətbuata kifayət qədər dövlət dəstəyi var" MÜNASİBƏT
"141 il zaman baxımından az vaxt deyil, eyni zamanda zəngin və şərəfli bir tarixdir. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetindən bu günə kimi Azərbaycanda həm milli, həm də rus dilli mətbuat orqanları fəaliyyət göstərib. Lakin Azərbaycanın milli mətbuatının ən şərəfli dövrü Ulu Öndər Heydər Əliyev tərəfindən təməl prinsiplərinin müəyyən edildiyi o illərdir. Hansı ki, bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan Cümhuriyyətinin ömrü qısa olub, lakin bir çox mətbuatın təməli də məhz o dövrdə qoyulub: "Sovetlər dövründə mətbuatda senzura olsa da, bu sahədə kifayət qədər peşəkar jurnalistlər formalaşıb ki, bu da müstəqilliyimizin bərpasından sonrakı illərdə müasir jurnalistikamızın formalaşmasına təsirsiz ötüşmədi".
22 iyul - Milli Mətbuat günü ilə bağlı keçiriləcək tədbirlər haqqında məlumat verən V.Rəhimzadə söyləyib ki, hər il həmin gün bir çox müəssisə və təşkilatlarda, eləcə də bütün dövlət qurumlarında bir çox tədbirlər keçirilir: "Bu, artıq ənənə halını alıb. Sabah KİVDF-nin elan etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Eyni zamanda Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatının təqdimetmə mərasimi keçiriləcək. Artıq bir neçə ildir ki, bu mükafat məhz 22 iyul - Milli Mətbuat günündə öz sahiblərinə təqdim edilir. 22 iyul bütövlükdə mediamızın doğum günüdür".
MŞ idarə heyətinin üzvü söyləyib ki, bu gün Azərbaycanda mətbuata kifayət qədər dövlət dəstəyi var: "Mətbuatın yubileyləri dövlət tərəfindən yüksək səviyyədə keçirilir ki, bunlar mətbuat tarixində əlamətdar hadisələrdir. Bundan başqa jurnalistlərin mənzil və sosial məişət problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidentinin bu sahədə çalışanlara xüsusi önəm verməsi göz qabağındadır. Dövlət tərəfindən mənzillərin inşa edilməsi, müasir şəkildə təmir edildikdən sonra jurnalistin hansı mətbu orqanında çalışmasından asılı olmayaraq bərabərhüquqlu şəkildə verilməsinə heç bir ölkədə rast gəlmək mümkün deyil. Bu Azərbaycanın bir çox sahələrdə olduğu kimi bu sahədə çalışanlara yüksək dəyərin verildiyinin bariz nümunəsidir. 2013-cü ildə 156 mənzildən ibarət 17 mərtəbəli binanın istifadəyə verilməsi və növbəti 3 girişli 255 mənzilli binanın artıq bu ilin sonuna qədər istifadə verilməsinin nəzərdə tutulması, Azərbaycanın mətbuat tarixinin ən şərəfli səhifələrindən və dünyada analoqu olmayan hadisələrindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB