Prezidentin səlahiyyət müddəti artırıla bilər LAYİHƏ

Prezidentin səlahiyyət müddəti artırıla bilər LAYİHƏ

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində "5" rəqəmi "7" rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Eyni zamanda, 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.

Layihənin mətni ilə bu saytda tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə