Türk əsgərindən duyğulu paylaşım FOTO

“Əsla kimsə nifrət etməsin!"
Türk əsgərindən duyğulu paylaşım FOTO

15 aydır ki, Türkiyə Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən Ceyhun Yılmaz sosial şəbəkə vasitəsilə insanları duyğulandıran paylaşım edib. SİA xəbər verir ki, bu barədə "CNN Türk"ün informasiya səhifəsi yazır. Eyni zamanda fotosunu da paylaşan Ceyhun yazır ki, artıq 15 aydır məmləkətinin kamufilyajını əyninə geyinib: "...Namus borcudur dedilər. Əlimə xına yaxdılar. İstəmədim xınanı. Rəhmətlik anam ağladı. "Südümü halal etmərəm" dedi. Validə qorxusundan qıra bilmədik onun istəyini. Mənasını anlatdılar. Xına "vaz keçməkmiş". Quzuya yaxılarmış...Gəlinə yaxılarmış və əsgərə! Üçündən də Allah üçün vaz keçilərmiş! Beləcə yola düşdük. İlk gecə kazarmada nəfəsimizi içimizə çəkərək ağladıq. Yaşı neçə olursa-olsun, "anamı istəyirəm" deyər insan! Bu yolu keçən bilir. Əsgər əmr quludur! Məmləkətin demokratiyasına qarşı qiyamı heç bir "ər" ağlından keçirməz. Keçirməz! Qiyam qəbuledilməzdir! Əsla kimsə nifrət bəsləməsin xınalı ana quzularına".

Bütün xəbərlər Facebook səhifəmizdə