Sərhədlər gücləndirilir İTALİYA NARAHATDIR

Sərhədlər gücləndirilir İTALİYA NARAHATDIR

Nits şəhərində baş verən terror hadisəsinin ardınca İtaliya qonşu Fransa ilə sərhədlərindəki quru qoşunlarının sayını artırıb. SİA Türkiyənin "Sabah" nəşrinə istinadən xəbər verir ki, İtaliyanın daxili işlər naziri Anjelino Alfano verdiyi açıqlamasında Fransa ilə mövcud olan üç avtomobil yolu olan sərhəd qapılarında, eləcə də sərhəd qəsəbəsi kimi tanınan Ventimigiladakı dəmir yolunda təhlükəsizlik tədbirlərini artırıb. İtaliyalı nazir terrorla mübarizə üzrə təhlükəsizlik komitəsini dərhal toplanmağa çarğıdığını da bildirib.

İtaliyanın xarici işlər naziri Paolo Gentiloni isə "Twitter"dəki hesabında "Nits və Avropa bu hücumdan qorxulu şəkildə təsirləndi"-deyə yazıb. O da növbədənkənar təhlükəsizlik komitəsinin çağırılmasının vacibliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə