"Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbilə azyaşlı uşaqların nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq həyatlarını itirmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir". Bu, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən SİA-ya verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, mayın 12-də paytaxtın Nizami rayonunda üçyaşlı İsa Vəliyevin, mayın 28-də üçyaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda ikiyaşlı İmran Quliyevin, iyulun 3-də beşyaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda ikiyaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq həyatlarını itirmələri faktları qeydə alınıb.
"Aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işləri başlanılıb və istintaq aparılır.
Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusilə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik.", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB