İran Ermənistana verdiyi qazın həcmini artırır RAZILAŞMA

İran Ermənistana verdiyi qazın həcmini artırır RAZILAŞMA

Ermənistanın baş naziri Ovik Abramyan İranin birinci vitse-prezidenti İshaq Cahangiri ilə telefon danışığı aparıb və danışıqlar əsnasında ölkəsində mavi yanacaq qıtlığının aradan qaldırılması üçün İranın Ermənistana verdiyi qaz həcminin artırılmasını istəyib. SİA xəbər verir ki, bu barədə lragir.am saytı erməni hökumətinin mətbuat xidmətinə istinadən yazır.

Məlumatda Rusiyadan qaz verilişinin kəsilməsindən sonra Ermənistanın İranla danışıqlara gedildiyi bildirilir və qeyd olunur ki, İran tərəfi Ermənistan hökumətinin başçısına müsbət cavab verib. O cümlədən, tərəflər arasında hər iki ölkə arasında mövcud olan sıx bağlantıların daha da inkişaf etdirilməsi istiqamətində də söhbətlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə