Erməni politoloq: "Vasitəçilər müharibənin qarşısını almağa çalışır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəallıq problemin sülh yolu ilə həllinə deyil, sadəcə yeni müharibənin qarşısını almaq məqsədi daşıyır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri erməni politoloq Tiqran Abramyan deyib.
"İndiki məqamda vasitəçilər Azərbaycan danışıqlar masasına qaytarmaqla münaqişənin hərbi yolla həllinin qarşısını almağa səy göstərir. Hazırda münaqişənin tez bir zamanda həlli olunmasına dair konkret dəlil yoxdur. Hətta prosesin həllində real dəyişikliklərin olması ilə bağlı tendensiya belə yoxdur. Azərbaycanın məqsədi torpaqları istənilən yolla geri almaqdan ibarətdir. Azərbaycan ictimaiyyəti problemin sülh yolu ilə həllinə tərəfdardır" - deyə, politoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB