Musa Quliyev: “Status-kvonun qalması Ermənistan terrorçu rəhbərliyinə sərf edir” AÇIQLAMA
"İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi mesajlar verdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, bu mesajlar tək Azərbaycan ictimaiyyəti üçün deyildi, eləcə də Ermənistan ictimaiyyəti və dünya birliyi üçün idi: "Həmin mesajların ən başlıcası o idi ki, status-kvo mütləq dəyişməlidir. Status-kvonun qalması Ermənistanın terrorçu rəhbərliyindən savayı heç kəsə sərf etmir. Təbii ki, status-kvonun da dəyişməsinin əsas səbəblərindən, şərtlərindən biri bu ilin aprel ayında baş verən məlum hadisələr idi. Aprel hadisələrində erməni təxribatının qarşısı Azərbaycan ordusu tərəfindən çox cəsarətlə alındı. Beləcə erməni təxribatçıları yerlərinə oturdular və 2 min hektaradək Azərbaycan əraziləri işğaldan azad olundu. Ölkə başçısının bundan əvvəlki bəyanatı da çox önəmli idi. Məhz Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Azərbaycan tərəfi atəşi dayandırdı. Əgər belə bir müraciət olmasa idi, qısa müddət ərzində Azərbaycan ordusu bütün torpaqları işğaldan azad etmək qüdrətini göstəcəkdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB