Aydın Quliyev: “Dövlətçilik əleyhinə fəaliyyət göstərmək bağışlanmazdır” AÇIQLAMA
"Xədicə və Leyla, Arif yunusların xaricdə Azərbaycan əleyhinə kampaniya aparması nankorlükdür. Ümumiyyətlə dövlətçiliyin, xalqın əleyhinə fəaliyyət göstərmək heç bir halda düzgün hərəkət deyil və bağışlanmazdır". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev
Baş redaktorun sözlərinə görə, ölkənin dövlətçiliyi, xalqı – toxunulmaz və hər bir vətəndaş üçün müqəddəs dəyərlərdir: "Ölkədəki siyasi hakimiyyətlə hər kəsin istənilən bir problemi ola bilər. Amma bu problem heç bir halda imkan vermir ki, kimsə dövlətçiliyin və xalqın əleyhinə hərəkət etsin. Təbii ki, bunun səbəblərini söyləmək çətin məsələdir. Birincisi ola bilər ki, kimlərsə Azərbaycandan mühacirət etmiş getmiş şəxslərin dövlətin əleyhinə fəaliyyət göstərməsində bəlkə də maraqlı olduqlarına görə onları bu işə təhrik edirlər. Bu məsələnin bir variantıdır. İkincisi, görünür o şəxslərin özlərinin subyektiv yanaşması hədsiz dərəcədə iddialı, qəzərli olduğuna görə belə yanlış mövqeyə gəlib çıxa bilirlər. Fikrimcə, bu iki ehtimal üzərində dayanmaq olar. Amma bütün hallarda dövlətçilik əleyhinə fəaliyyət göstərmək bağışlanmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB