"Sankt-Peterburq görüşündən sonra Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa, sonra Lələtəpəyə gəldi və düşündü ki, təxribat törədib Lələtəpəni geri alsın". SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Sədrin sözlərinə görə, hazırda Azərbaycanın apardığı siyasət elədir ki, tək Rusiyanın deyil, ATƏT-in də mövqeyi dəyişib: "Tək dəyişməyən İranın mövqeyidir. ATƏT-in Fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Bakıda səfərdə olarkən dedi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünü təşkil edəcək. Biz bunu çoxdan istəyirdik. Bu bəyanat Sarkisyanın ölməsi deməkdir. Dağlıq Qarabağ ermənisi ilə azərbaycanlısının görüşü beynəlxalq ictimaiyyətə sübut edəcək ki, Ermənistanın tarixi mifdir, yalandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB