Mütəllim Rəhimli: “Əli Kərimli qınağa və ittihama layiqdir” AÇIQLAMA

Mütəllim Rəhimli: “Əli Kərimli qınağa və ittihama layiqdir” AÇIQLAMA

"AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhramanlıdan imtina etməsi barədə səsləndirilən fikirlər çox ciddi məsələdir. Bu, siyasi riyakarlıqdan və bağışlanması mümkün olmayan günahdan başqa bir şey deyil. Bu cür mövqe tutan şəxsə, o cümlədən Əli Kərimliyə heç bir halda haqq qazandırmaq olmaz". Bunu SİA-ya Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Sədr müavinin sözlərinə görə, həbsdə olan hər bir şəxs təmsil etdiyi siyasi qüvvə tərəfindən dəstək gözləyir: "Yəni hüquqlarının müdafiəsi üçün addım atılacaqına ümid bəsləyir. Belə bir vaxtda Əli Kərimlinin müavini Fuad Qəhramanlıdan imtina imtina etməsi düzgün deyil. Bu da siyasi partiya üçün yaxşı heç nə vəd etmir. F.Qəhramanlı Ə.Kərimlinin AXCP-də tətbiq etdiyi siyasi qaydalara görə həbs olunub. Bu baxımdan, bu partiya və lideri başda olmaqla F.Qəhramanlının arxasında olmalı idilər. Əgər bundan imtina edilirsə, Ə.Kərimli qınağa və ittihama layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə