"Millət vəkili Zahid Oruc yaxın günlərdə Milli Məclisin İntizam Komissiyasına çağırılacaq". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev jurnalistlərə açıqlamasında deyib.
Bu gün Milli Məclisdə baş verən mübahisəyə münasibət bildirən millət vəkili söyləyib ki, buna səbəb bəzi qaydaların unudulmasıdır: "Zahid Oruc bəzi qaydaları yadından çıxarıb. Hər bir deputatın başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin etika qanununda yazılıb ki, hər deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır. Çünki sədri 125 deputat və xalq seçib. Spikerlə üzvlər arasında məsafə olmalıdır Parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur. Qayda qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, deputatın burada nə işi var? Cavan oğlandır, yaxşı deputatdır, gələcəyi var. Heç olmasa spikerin tutduğu vəzifəsinə hörmət etsin".
"Komissiyada Zahid Orucla həmkar olaraq söhbət ediləcək. Daha sonra 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək. Burada cəza yoxdur, biz yalnız tövsiyə verə bilərik"- deyə, A. Abıyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB