ATGTİ-də Milix Yevdayevlə gənclərin görüşü keçiriləcək

ATGTİ-də Milix Yevdayevlə gənclərin görüşü keçiriləcək

27 iyun 2016-cı il tarixdə, saat 14:00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ilə tələbələrin görüşü keçiriləcəkdir. SİA-nın məlumatına görə, görüş millət vəkili Şahin İsmayılovun iştirakı ilə keçiriləcək. "Azərbaycan mənim doğma vətənimdir" adı ilə təşkil olunan bu tədbir Azərbaycanda elan edilən multukulturalizm ili ilə əlaqədardır.

Milix Yevdayev 2011-ci ildən Azərbaycan dövləti tərəfindən yəhudilər üçün inşa edilmiş sinaqoqun rəhbəridir. Bu illər ərzində o, bir çox xarici səfərlərdə olarkən Azərbaycan həqiqətlərini yüksək tribunalardan vətənpərvər ziyalı kimi söyləyib. Azərbaycanın milli maraqlarını, siyasətini həmişə dəstəkləyib və Qarabağ torpağının ermənilər tərəfindən işğalını pisləyib.

Milix Yevdayev Azərbaycanda dini tolerantlığın layiqincə təşkilinə və dünyada təbliğinə görə "Vətən övladı" ordeninə layiq görülüb.

Tədbirdə tələbə gənclərlə yəhudi xalqının adət və ənənələri, mədəniyyəti, yəhudi və azərbaycan xalqlarının mədəni əlaqələri haqda maraqlı diskussiyalar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə