Allahşükür Paşazadə: “Prezidentin Nardarana getməsi onlarda böyük ruh yüksəkliyi yaradıb”

Allahşükür Paşazadə: “Prezidentin Nardarana getməsi onlarda böyük ruh yüksəkliyi yaradıb”

"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nardaran qəsəbəsindəki "Rəhimə Xanım" məscid-ziyarətgah kompleksi ilə tanış olduqdan sonra Nardaran qəsəbəsində sakinlərlə də görüşdü. Ölkə başçısı ziyarətgahda, Pirdə oldu və oradakı fəaliyyətlə, gələcəkdə tikiləcək mədrəsə ilə yaxından maraqlandı". SİA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Allahşükür Paşazadənin sözlərinə görə, ölkə başçısının Nardarana getməsi nardaranlılarda çox böyük ruh yüksəkliyi verib: "Prezidentin Nardarana getməsi birdaha onu göstərir ki, Azərbaycanın hansı guşəsində harada olursa-olsun hamısı bizim Vətəndir və hamısı da Azərbaycana qulluq edir. Nardaran camaatı sonradan bir Şeyxülislam kimi mənə zəng etdilər və təşəkkürlərini bildirdilər ki, ölkə başçısı onları ziyarət edib".

Bütün xəbərlər Facebook səhifəmizdə