Millət vəkili: “Ümummilli Lider ölkəyə yeni bir nəfəs gətirdi” AÇIQLAMA

Millət vəkili: “Ümummilli Lider ölkəyə yeni bir nəfəs gətirdi” AÇIQLAMA

"Ümummilli Lider Heydər Əliyev xalqın dəvəti və təkidi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləcə 15 iyun Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəyə yeni bir nəfəs, ruh gətirdi: "Qısa bir zamanda Azərbaycanda müstəqil dövlət quruluşu formalaşdırdı. Cəbhədə müvəqqəti atəşkəs əldə edildi və hamımızın fəxr etdiyi dünyada tanınan, böyük nüfuza malik, dünyanın siyasi-iqtisadi həyatında mühüm rolu olan müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün də, ölkəmiz Ulu Öndərin siyasi xəttinin davamçısı cənab İlham Əliyev rəhərliyi altında məharətlə idarə olunur , günü gündən güclənir və sözün əsil mənasında müstəqil ölkəyə çevrilib. Heydər Əliyevin sözləri ilə desək: "Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir". Xalqımız hər zaman Ulu öndərin ruhu qarşısında baş əyir və nə qədər Azərbaycan var Heydər Əliyev də xalqla birlikdə yaşayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə