"Sovet dövründən sonra fəhlə peşələri öz populyarlığını itirib. Azərbaycanda əksər fəhlə ixtisasları üzrə çatışmazlıq mövcuddur". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümov deyib.
Nazirin sözlərinə görə, son vaxtlar ölkədə kənd təsərrüfatının sürətlə inkişafını müşahidə edirik: "Amma kənd təsərrüfatı işləri görmək üçün bizim kifayət qədər fəhlə potensialımız yoxdur və ya çatışmır. Rayonlarda, qıraq kəndlərdə bir traktorçu tapanda hamı sevinir. Hazırda Azərbaycanda tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin inkişafına təkan verilib. Bütün bu sahələrə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi tələb olunur".
S.Müslümov həmçinin açıqlamasında bildirib ki, hazırda Qobustan rayonunun mərkəzində penitensiar müəssisələrdə cəza çəkib çıxmış şəxslərin cəmiyyətə adaptasiya mərkəzi tikilir: "50 yerlik mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. S.Müslümov bildirib ki, peşə sahibi olmaq istəyənlər həmin mərkəzə yönəldiləcək: "Kimlərin getməyə yeri yoxdursa, yaxud cəmiyyətə tam inteqrasiya ola bilmirsə, o zaman həmin şəxslər mərkəzə gedib orada iki aylıq adaptasiya kursu keçə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB