"Cəbhədə təxribatların, atəşkəs rejiminin Ermənistan Silahlı Qüvvələri tərəfindən pozulması hallarının hələ də davam etməsinin bir neçə səbəbi var". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, ən əsası, ermənilərin hərbi-siyasi rəhbərliyi heç vaxt imkan verməz ki, daxildə hakimiyyət uğrunda müxtəlif qrupların və qruplaşmaların geniş manevr etmək üçün əl-qolları açıq olsun: "Belə olarsa, onda Sarkisyan çox qısa bir zamanda zəbt etdiyi hakimiyyət postunu itirə bilər. Cəbhə bölgəsi bu cinayətkar rejim üçün bir çətir, özünü sğortalamaq üçün vasitədir. Bir balaca narahatçlıqları olan kimi, sanki "knopka" işə düşür. Ohanyan və dəstəsi həm atəşkəsin pozulması üçün, həm də təxribatların həyata keçirilməsi üçün hərəkətə keçirlər. Bu artıq illərlə formalaşmış bir "iş rejimi"nə keçib. O ki qaldı, bu ayın sonlarında prezidentlərin görüşü ilə bağlı müxtəlif yanaşmalara, şəxsən mən düşünürəm ki, görüşün baş tutmaması üçün elə də ciddi bir arqument yoxdur".
Ü.Cəfərov əlavə edib ki, Ermənistanın hiyləgər rəhbərliyi ona havadarları tərəfindən verilmiş təlimatlara uyğun olaraq addımlar atırlar: "Havadarları olan rəsmi Rusiya tərəfi hələ ki, görüşün baş tutması ilə əlaqədar müsbət meyillər, müsbət fikirlər səsləndirirlər. Görüş baş tutacaq, amma hansısa əməli bir nəticənin olmasını mən çətin təsəvvür edirəm. Yenə min bir bəhanə ilə vaxt udmaq, uzatmaq üçün mənasız, məntiqsiz təkliflər səsləndiriləcək. Sözsüz ki, Azərbaycan tərəfi də belə vəziyyətlə barışmaq fikrində olmadığını bu dəfə bir qədər sərt formada bildirmək imkanı əldə edəcək. İnşallah, Qarabağla bağlı proseslərin ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin tam təmin olması istiqamətində olmasına inam get gedə bir az da artır. Vaxt hər mənada Azərbaycanın xeyrinə işləyir. Bundan sadəcə doğru və düzgün, zamanında bəhrələnməyimiz gərəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB