Polşada Beynəlxalq Qadın Sammitində Milli Məclisin deputatı Qənirə Paşayeva dünyanın müxtəlf bölgələrindən gəlmiş yüzlərlə tanınmış qadınlara Qarabağla bağlı çağırış edərək işğalçı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb. SİA-nın məlumatına görə, Q.Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb və bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumatlar verən deputat vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın dünyanın harasında yaşamasından asılı olmayaraq bu sammitdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.
Q.Paşayeva Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də geniş məlumat verib və dünyanın müxtəlif bölgələrindən gəlmiş prezident, baş nazir, spiker, senator, millət vəkili, iş dünyasının tanınmış qadınlarını Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB