Bakıda dəmiryolçular bir araya gəldi YENİLƏNİR

Bakıda dəmiryolçular bir araya gəldi YENİLƏNİR

Bu gün Dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası və DYƏT-in 60 illik yubileyinə həsr olunmuş iclas keçirilir. SİA-nın məlumatına görə, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir. DYƏT-in Əsasnaməsinə əsasən, bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür. DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir. DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır. Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə