Novruz Məmmədov: "Sarkisyanın bəyanatlarına fikir vermək lazım deyil"

Novruz Məmmədov: "Sarkisyanın bəyanatlarına fikir vermək lazım deyil"

"Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq bir növbəti görüşünün təşkili üzərində iş aparılır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

Xarici işlər naziri Elmar Məmmədyarovun bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri, həmkarları ilə görüşlər apardığını deyən PA rəsmisi qeyd edib ki, görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.

Prezident Administrasiyası rəhbərinin müavini Ermənistan prezidenti Serj Sarkisyanın yalan, böhtan danışmağa öyrəndiyini, onun bəyanatlarına fikir vermək lazım olmadığını deyib: "Eyni zamanda qeyd edim ki, apreldə 800 deyil, 2500-3000 hektar ərazi işğaldan azad edilib. Bu məsələdə də Sarkisyan yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə