Deputatlarımız ATƏT-in təşkil etdiyi konfransa qatılacaqlar

Deputatlarımız ATƏT-in təşkil etdiyi konfransa qatılacaqlar

Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili iyunun 1-də Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkilləri ATƏT-in təşkilatçılığı ilə keçiriləcək "Təhlükəsizlik sektorunda parlament nəzarəti və ATƏT-in davranış kodeksi" mövzusunda konfransda iştirak edəcəklər.

Deputatlarımız mövzu ətrafında aparılan müzakirələrə qatılacaq, təhlükəsizliyin təmin olunmasında parlamentlərin rolu barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər iyunun 5-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə