Son iclas başladı gündəlikdə 12 məsələ var

Son iclas başladı gündəlikdə 12 məsələ var

Bu gün Milli Məclisin yaz sessiyasının son iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, bugünkü iclasın gündəliyinə 12 məsələ daxil edilib. Deputatlar H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi, "Məlumat azadlığı haqqında""Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında","Məhkəmələr və hakimlər haqqında", Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə ediləcək.

İclasda həmçinin "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə